08.09.2024, 06:12
AZ EN
15.07.2024, 17:37 177

Paşinyan yenə də ikili oynayır

YAZILAR
  • Ermənistan Rusiya xəttində son zamanlar durğunluq var idi. Tərəflər nə bir-birilərini ittiham edir, nə də diqqətçəkən açıqlamalar verirdilər, ta ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qalizin yerli mediaya müsahibə verənə qədər. Bir sözlə, İrəvan-Rusiya bəyanat cəbhəsində atəşkəs yenidən pozuldu. Rusiya Ermənistana və regina gətirdiyi müşahidəçilərin kəşfiyyat məlumatlarını Brüsselə göndərdiyini deyir və qonşu ölkələri ciddi addım atmağa səsləyir. İrəvan da ona cavab verərək Moskvanın onlardan hesabat tələb etdiyi kimi Kremldən bəzi suallara cavab verməsini istəyir. İki ölkə arasında indi nə baş verir?

Qərb Ermənistan xəttində inkişaf edən tendensiyanın artan istiqamət üzrə irəliləməsi Rusiyanın müəyyən məsələləri dilə gətirməyə vadar edib. Bunlardan ən əsası Avropa İttifaqının ölkəyə yerləşdirilmiş mülki müşahidə missiyasından daimi xaratker almasıdır. Moskva bu və digər gördüyü mühüm məsələləri  indi İrəvan rəhbərliyinin xarici işlər nazirinin müavini Mixail Qaluzinin dilindən çatdırır.  Kreml bu dəfə ittifaqın Cənubi Qafqaz dövlətlərinin ənənəvi  tərəfdaşları və qonşuları olan Rusiya-İran-Türkiyənin maraqlarına zərər verərək bölgədə möhkəmlənməyə çalışdığını regionun gündəminə daşıyır. Ermənistan hər rəsmi çıxışlarında missiyanın varlığını yüksək qiymətləndirsə də, Moskva əksini deyərək ölkələrin müşahidəçilərin  işindən heç bir nəzərə çarpacaq nəticə almadığını vurğulayır. Rusiyanın  dedikləri arasında xüsusi önəm kəsb edən hissə isə hesabatların birbaşa Brüsselə göndərildiyini və hətta Ermənistanla bölüşülmədiyidi. Məhz bundan yola çıxan şimal qonşumuz müşahidəçilərin Rusiya obyektləri də daxil olmaqla, Ermənistanla qonşu olan bütün dövlətlərin haqqında kəşfiyyat məlumatlarının topladığını əminliklə söyləyir. Əvvəllərdə iddia edilən məsələləri şəhr edən ekspertlər Moskvaya haqq qazandıran açıqlamalar səsləndirirlər. Onlar deyilənlərin həqiqəti əks etdirə biləcəyini və bunun üçün qonşu ölkələrin ciddi addımlar atmalı olduğunu bildirirlər.

“ARB24”-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib ki, İrəvana bu cür mesajların verilməsi həm də onu göstərir ki, bu gün Ermənistanın Qərbə yönəlik,  geiopolitik aktorunun dəyişməsi ölkəsi üçün məyyən çətinliklər yarada bilər: “Çətinliklər sözünü də yumşaq formada qeyd edirik, çünki müxtəlif açıqlamalar, fikirlər  həm də xəbərdarlıq xarakteri daşıyır”.

Amma deyəsən, Paşinyan seçimini edib. Bunu biruzə vermək üçün  payızı, yəni Amerika Birləşmiş Ştatlarında keçiriləcək seçkini gözləyir. Çünki İrəvan onu nə olursa-olsun dəstəkləyən qərbli liderlərin yavaş-yavaş postundan vidalaşdığını görür və özünü indidən təhlükəyə atmaq istəmir.  Qısası, ikili oynayır. Əgər sonda qərbdə seçilənlər yenidən ermənipərəst mövqeyə malik olsa, Nikol anti-Rusiya siyasətinə qaldığı yerdən davam edəcək. Yox, əgər, əksi baş versə, məcburdu ki, indidən Moskvanın əffini istəmək üçün fasilə versin. Elə ölkənin BMT-nin Rusiyanın Zaporoje Atom Elektrik Stansiyasının ərazisindən çıxmaq tələb edən qətnamənin qəbulu zamanı səsvermədə iştirak etməməsi də bu kimi hədəfə hesablanıb. Lakin bütün bunlara baxmayaraq,  Ermənistan mediası hakim partiyanın gizli görüşlər keçirdiyini və sentyabr, oktyabr aylarında Rusiya xəttində ciddi, kəskin  addımlar atılacağını yazır. Kimisi bunu KTMT-dən çıxmaqla bağlı olduğunu desə də, bəzi  nəşrlər bazaların ölkədən çıxarılması və bir sıra digər iddialar irəli sürürlər. Deyilənlərin hansının həyata keçiriləcəyindən asılı olmayaraq, hər kəs Paşinyanın Rusiya istiqamətində atacağı qəti addımların onu və ölkəsini  qaçılmaz sona yaxınlaşdıracağı ilə həmfikirdir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər