09.10.2025, 15:36
AZ EN
09.10.2025, 11:48 217

Tea Axvlediani: İnsanların itkin düşməsi davamlı humanitar böhranlardan biri olaraq qalmaqdadır

XƏBƏRLƏR
  • Silahlı münaqişələr və ya digər hallar nəticəsində insanların itkin düşməsi ən dağıdıcı və davamlı humanitar böhranlardan biri olaraq qalmaqdadır. Bu, xüsusilə uzun illər, bəzən isə onilliklər boyu qeyri-müəyyənlik və ağrılı itki ilə yaşayan ailələr və icmalar üçün dərin bir insan faciəsidir.

Bunu oktyabrın 9-da Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi üzrə Dövlət naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və ötürülməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvlediani deyib.

O qeyd edib ki, ölkələri birləşdirən ortaq məqsəd mümkün qədər çox ailəyə itkin düşmüş yaxınlarının taleyi və harada olmaları barədə cavablar verməkdir:“Bu ortaq öhdəlik bizi bir araya gətirir və əməkdaşlıqla tərəfdaşlığın böyük əhəmiyyətini ön plana çıxarır. Dövlətlər arasında, eləcə də humanitar təşkilatlar və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, məlumatlılığı artırmaq, təcrübə və gələcək baxışları bölüşmək, eləcə də itkin düşmüş şəxslər faciəsinə daha təsirli və ləyaqətli cavab verilməsini təmin etmək baxımından mühüm rol oynayır”.(AZƏRTAC)

Oxşar xəbərlər