09.10.2025, 12:15
AZ EN
09.10.2025, 09:25 113

Paşinyanın impiçment məsələsi ciddiləşir

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın impiçmenti məsələsi parlamentinin müxalifət qanadının gündəmindən düşmür. Müxalifət prosesin hüquqi qüvvəyə almasına nail olmağa çox yaxındır və hazırda impiçment üçün tələb olunan səslərin cəmi ikisi çatmır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Paşinyan hökumətinə qarşı müxalif “Şərəfim var” partiyasının lideri Hayk Mamicanyan özünün "Facebook" səhifəsində məlumat yayıb. O, bildirib ki, İmpiçment üçün tələb olunan səslərin demək olar, hamısını toplayıb. Onun sözlərinə görə, impiçment təşəbbüsünə artıq 34 deputat qoşulub, səsverməni başlatmaq üçün isə 36 imza tələb olunur.

Mamicanyan bildirib ki, “Ermənistan” partiyasının bütün üzvləri, yəni 28 deputat impiçment qərarına dəstək verib.

Xatırladaq ki, Ermənistan qanunvericiliyinə əsasən, Paşinyanın impiçmenti üçün ümumilikdə 101 deputatdan 54-nün səsi tələb olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər