"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, parlamentdə təmsil olunan deputatların da bir çoxu qapalı iclasda iştirak etmir. Jurnalistlərin buraxılmadığı və ölkə ictimaiyyətindən gizli saxlanılan təmin toplantıda Baş nazir Nikol Paşinyan geniş nitqlə çıxış edib.
"Baş nazir Nikol Paşinyanın çıxış etdiyi parlamentin kiçik zalına giriş toplantıdan ən azı bir saat əvvəl bağlanıb və siyahıdan kənar şəxslərin oraya daxil olmasına icazə verilmir. Toplantıda parlamentin yalnız daimi komissiyalarında təmsil olunan deputatlar iştirak edir. Buna səbəb kimi “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın müzakirə olunması göstərilir. Ötən ilin büdcəsi ilə bağlı ilkin müzakirələr Mərkəzi Bank nümayəndələrinin və hökumət üzvlərinin iştirakı ilə keçirilir" - deyə, Ermənistan mətbuatı hökumətin şübhəli toplantısı barədə yazır.
Elxan SALAHOV