09.06.2025, 03:29
AZ EN
02.05.2023, 14:43 380

Mahir Abbaszadə: Laçın-Xankəndi yolundakı NBM buraya köçürüləcək insanların təhlükəsizliyi üçün çox vacibdir

XƏBƏRLƏR
  • Xankəndi-Laçın yolunun başlanğıcında Azərbaycan tərəfdən sərhəd-mühafizə məntəqəsinin qoyulması təhlükəsizliyin və sülhüm davamlı olması nöqteyi-nəzərdən vacib məqamlardan biridir.

Bu barədə bu gün Mahir Abbaszadə Milli Məclisdə Laçın-Xankəndi yolunda Nəzarət Buraxılış Məntəqəsinin quraşdırılmasından danışarkən bildirib.

“Ermənilər məhz bu yoldan humanitar məqsədlər üçün deyil, Qarabağa silah-sursatın, hərbi texnikanın daşınması, minaların daşınması kimi hərəkətlər edirdilər və bu da Qarabağda hərbi təhlükələri artırmaqda davam edirdi. Qarabağın özündə də təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərdən qoyulmuş mühafizə postu vacib məqamlardan biridir. Digər bir tərəfdən isə möhtərəm cənab Prezidentin verdiyi anonslardan da görürük ki, yaxın zamanlarda Böyük Qayıdışın əlamətlərindən biri olan Laçın şəhər mərkəzinə, Zabuxa və Susa bu ərazidən məcburi köçkün düşmüş insanların geri qayıtması təmin ediləcəkdir. Məhz köçürülmüş insanlar üçün cənab Prezidentin rəhbərliyi ilə evlərin tikilməsi, infrastrukturun salınması, sosial obyektlərin qurulması, vergi güzəştlərinin tətbiq edilməsi ilə bərabər, həm də təhlükəsizliyin təmin oluması çox vacib bir  məqamlardan idi və qoyulmuş mühafizə postu bir daha göstərir ki, Azərbaycan dövləti köçürüləcək insanların mühafizəsini yüksək səviyyədə həyata keçirəcək və təhlükəsizlik Azərbaycanın silahlı qüvvələri tərəfindən təmin ediləcəkdir. Amma eyni zamanda bu mühafizə postunun qoyulması hec də o anlama gəlməli deyil ki, biz Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişinin qarşısını almaq məqsədi ilə postu qurmuşuq. Qoyulan post yenə humanitar məqsədlər üçün açıqdır. Bir sözlə, qoyulmuş post bir daha Azərbaycanın 30 il müddətində pozulmuş səhədlərinin bərpa olunmasına və buraya köçürüləcək insanların təhlükəsizliyi nöqteyi-nəzərdən çox vacib bir məqamdır”, - deyə deputat bildirib.

Sevda Süleymanova

Oxşar xəbərlər