19.10.2024, 14:33
AZ EN
19.09.2024, 09:33 226

Paşinyan Ermənistanın silahlandırılmasına haqq qazandırdı

XƏBƏRLƏR
  • “Ermənistan silahlı qüvvələrində islahatlar aparmağa başlayıb. Bu, Azərbaycanda da müzakirə edilir. Deyirlər ki, Ermənistan sülh istəmir”.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənstanın baş naziri Nikol Paşinyan deyib. O, ordunu sürətlə silahlandırmalarını BMT Nizamnaməsinin “özünümüdafiə” prinsipi ilə ört-basdır etməyə çalışıb.

Əsas diqqət çəkən məqam onun Azərbaycanla müharibə edib-etməmək haqda dedikləridir. Paşinyan iddia edir ki, Azərbaycan ordusu Ermənistanın 200 kvadratkilometr ərazisinə daxil olub. Söhbət işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədinin bərpasından sonra ordumuzun nəzarət etdiyi ərazilərdən gedir. Ermənistan isə bu ərazilərin onlara “məxsus” olduğunu iddia edir, xüsusilə İstisu (Cermuk) istiqamətində ordumuzun mövqelərindən geri çəkilməsini istəyirlər.

Ermənistanın Baş naziri bildirib ki, bu ərazilərin “azad olunması” üçün müharibə etməyəcəklər: “Hesab edirik ki, Azərbaycanla sərhədin demarkasiyası haqda imzalanmış əsasnamə bu məsələni danışıqlar yolu ilə həll etmək imkanı verir”.

Paşinyanın bu çıxışı Ermənistanın sürətlə silahlandırılmasına haqq qazanmaq məqsədi daşıyır. Lakin bu, həm də Ermənistanın silahlandığının baş nazir səviyyəsində etiraf edilməsi deməkdir.

Elxan SALAHOV

Oxşar xəbərlər