Bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, bu nəşr son üç ildə səfirliyin Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği istiqamətində çap etdirdiyi ikinci mühüm kitabdır. Xatırladaq ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində 2023-cü ildə boşniyalı politoloq Admir Lisitsanın "Heydər Əliyev – müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf" adlı əsəri də oxuculara təqdim olunub.
Rus dilində qələmə alınan, son üç ildə Azərbaycan, qazax, özbək, Ukrayna dillərinə tərcümə olunaraq oxucular arasında geniş populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç tərcümə edib.
Vaxtilə əsəri Azərbaycan dilinə tərcümə edən ədəbiyyatşünas alim, səfir Vilayət Quliyev xarici işlər naziri kimi Heydər Əliyevlə dördillik iş təcrübəsi zəminində kitaba "Heç zaman bitməyən bir eşq hekayəsi" adlı maraqlı və təsirli sözardı yazıb.
Nəfis tərtibatla çap olunmuş kitaba Zərifə və Heydər Əliyevlərin birgə həyatının müxtəlif dövrlərini göz önündə canlandıran illüstrativ materiallar əlavə edilib.
Kitabın Bosniya və Herseqovina kitabxanalarına, dövlət qurumlarına, elmi-akademik təşkilatlarına və universitetlərinə, eləcə də boşnak dilinin anlaşıldığı Serbiya və Xorvatiyadakı səfriliklərimizə göndərilməsi nəzərdə tutulur.
Nəşrin əsas məqsədi Azərbaycanın müasir tarixini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ictimaiyyətinə daha yaxından tanıtmaqdır. (Report)