Bu barədə universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov jurnalistlərə açıqlamasında məlumat verib.
Akif Qasımov vurğulayıb ki, universitet məzunları Bakının, regionların və işğaldan azad olunmuş Qarabağın yenidən qurulmasında fəal iştirak edirlər. Onun sözlərinə görə, müasir dövrdə əsas məqsəd insanların rahat və təhlükəsiz mühitdə yaşaması, işləməsi və istirahət etməsi üçün şəraitin yaradılmasıdır: “Bu komfortu yaradan, layihələndirən mühəndislər və inşaat mühəndisləridir, ona forma və estetik dəyər verən isə memarlar və dizaynerlərdir”.
Professor, həmçinin bildirib ki, sərgi tələbələrin estetik dünyagörüşünün formalaşmasına töhfə verməklə yanaşı, onların sənətə və ixtisas sahələrinə marağını artırır. (AZƏRTAC)