01.05.2026, 18:01
AZ EN
01.05.2026, 15:42 253

Şahin Bayramov: "Qarabağ Universiteti innovasiyayönümlü və tədqiqatəsaslı ali təhsil müəssisəsi kimi inkişaf edir"

QARABAĞ
  • Qarabağ Universiteti innovasiyayönümlü, tələbəmərkəzli və tədqiqatəsaslı ali təhsil müəssisəsi kimi inkişaf edir.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə ali təhsil müəssisəsində keçirilən görüş zamanı çıxışında deyib.

O bildirib ki, Qarabağ Universiteti 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilib, 2024-cü ilin sentyabrında rəsmi açılışı olub və ilk tələbələrin qəbulu həyata keçirilib. Hazırda universitetdə birinci və ikinci kurslar üzrə ümumilikdə 2100-dən çox tələbə təhsil alır, akademik və inzibati heyətin sayı isə 400-dən artıqdır.

Rektor qeyd edib ki, Qarabağ Universiteti dünya səviyyəli ali təhsil ocağı kimi formalaşdırılır və regionun inkişafında mühüm rol oynamağı hədəfləyir.

Onun sözlərinə görə, son bir il ərzində tələbələr beynəlxalq müsabiqələrdə uğurlar qazanıb, həmçinin “Enactus” yarışlarında Azərbaycanı təmsil edərək çempion olublar. Rektor əlavə edib ki, Qarabağ Universiteti artıq milli ali təhsil sistemində rəqabətqabiliyyətli bir mərkəzə çevrilib və beynəlxalq elmi nəşrlərdə universitet nümayəndələrinin məqalələri dərc olunur.

Beynəlxalq əməkdaşlıqla bağlı danışan Ş.Bayramov qeyd edib ki, əsas prioritet xarici universitetlərlə qarşılıqlı faydalı tərəfdaşlıq qurmaq, xarici mütəxəssisləri cəlb etmək və gələcəkdə xarici tələbələrin qəbulunu genişləndirməkdir. Universitet artıq Türk Universitetlər Birliyinin üzvüdür. (AZƏRTAC)

Oxşar xəbərlər