01.05.2026, 17:57
AZ EN
01.05.2026, 15:09 214

Tamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"

QARABAĞ
  • Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır.

Bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib.

"Bu, mənim Qarabağa ilk səfərim deyil. Mən hətta səfərlərin sayını dəqiq deyə bilmirəm - artıq 10-15-dir. Onların hamısı son dərəcə yaxşı təşkil olunmuşdu. Və hər dəfə bura gələndə mən fərqi görürəm. Aktiv bərpa işlərini və regionun inkişafını görürəm", - diplomatik korpusun səfəri çərçivəsində regiona səfər edən səfir deyib.

O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə aparılan işlərə yüksək qiymət verib.

"Mən bu fürsətdən istifadə edərək öz səmimi təbriklərimi və bu inkişafa verdiyim yüksək qiyməti ifadə etmək istərdim", - səfir qeyd edib. (Report)

Oxşar xəbərlər