"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, sızma kanalın 51-ci kilometrliyində, Bərdə rayonu ərazisindən keçən hissəsində baş verib. Sızmaya kanalın sağ sahilini suda yaşayan heyvanların oyması səbəb olub.
“Sızma nəticəsində kanalın sağ sahilindəki örüş-otlaq sahəsində, kanalın mühafizə zolağında və nasos stansiyasında subasma baş verin. Məlumat daxil olan kimi suyun səviyyəsinin aşağı salınması üçün Mingəçevir su anbarından kanalın suyu azaldılıb, eyni zamanda İncəçay qəza sutullayıcı qurğusu açılıb. Əraziyə ağır texnikalar cəlb edilib, bəndbərkitmə işlərinə başlanılıb. Görülən tədbirlər nəticəsində sızan su kanala doğru çəkilməyə başlayıb”, - deyə o əlavə edib.
Hazırda kanalda bəndbərkitmə işləri davam etdirilir. (AZƏRTAC)