Bunu açıqlamasında Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Juan Salazar Alvarez deyib.
Diplomat, həmçinin Azərbaycan və Çili arasında əməkdaşlıq perspektivlərinə toxunaraq, ticarət əlaqələrinin genişləndirilməsinin prioritet olduğunu vurğulayıb: “Biz ikitərəfli ticarəti inkişaf etdirməyə çalışırıq. Çilinin Azərbaycana təqdim edə biləcəyi məhsullar var – məsələn, qızılbalıq, meyvələr və əlbəttə, Çili şərabı. Bu məhsulları sizin bazarlara və evlərə çatdırmaq istəyirik”. (AZƏRTAC)