09.06.2025, 00:36
AZ EN
18.08.2023, 15:02 417

Ağdamın Qasımbəyli qəsəbəsində sakinlərlə səyyar qəbul keçirilib

QARABAĞ
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Qasımbəyli qəsəbəsində səyyar qəbul-görüşü keçirilib. İcra başçısı qəbuldan əvvəl Vətən müharibəsi şəhidi Qasımov Elvar Eldar oğlunun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək, şəhidimizin ruhuna ehtiramını bildirib.

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. V.Həsənov ölkə başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. 
İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər