22.11.2024, 01:45
AZ EN
16.06.2023, 13:15 305

Beynəlxalq səyyah qrupu Şuşaya səfər edib

QARABAĞ
  • 14 ölkəni təmsil edən 35 beynəlxalq səyyahın Şuşaya səfəri başa çatıb.

MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq etdiyi qrupun Şuşaya səfəri zamanı, Xurşidbanu Natəvan, Ü.Hacıbəyli və Bülbülün güllələnmiş büstləri barədə onlara məlumat verildikdən sonra qonaqlar şəhərin qədim Qala qapısı ilə tanış olublar. Daha sonra Cıdır düzündə olan qonaqlar şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar.

Qeyd edək ki, səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.

Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR