Bu barədə jurnalistlərə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.
"Bu, mənim Şuşaya ilk səfərim deyil. Biz bilirik ki, Azərbaycan hökuməti bu regionun inkişafına xüsusi diqqət yetirir", - o qeyd edib.
Səfir həmçinin diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinin təşkilinə görə Azərbaycan Prezidentinin Administrasiyasına minnətdarlığını bildirib.
Baş çəkdiyi xalça muzeyi barədə danışan diplomat xalçaların Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayıb: "Xalça muzeyi hər zaman turistləri cəlb edəcək. Ümid edirəm ki, onların sayı getdikcə artacaq".
Səfir bildirib ki, Qarabağ regionu inkişaf üçün böyük potensiala malikdir: "Qarabağ xeyirxahlıq, sevgi və rifah məkanına çevrilməlidir". (Report)