20.07.2025, 10:56
AZ EN
05.05.2022, 13:10 768

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Kürdəxanıda qəbul-görüş keçirib

QARABAĞ
  • Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə səyyar qəbul-görüşü keçirilib.

Görüşdə həmçinin Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam şəhəri üzrə nümayəndəsi Pənah Fətəliyev və Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatının sədri Mənsur Quliyev iştirak ediblər.

Görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.Rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həll olunması məqsədilə keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışan V.Həsənov bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Görüşdə iştirak edən vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi yerində həll edilib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

Xatırladaq ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmışyaşayış kompleksində 810 ailə olmaqla 2942 nəfər məcburi köçkün müvəqqəti məskunlaşıb. Onlardan 277 ailə olmaqla 971 nəfəri Ağdam rayonundan olan məcburi köçkünlərdir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR