02.02.2026, 14:19
AZ EN
02.02.2026, 12:30 138

Xocalı və Füzulidə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

QARABAĞ
  • 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə silsilə tədbirlər keçirilib. Xocalı və Füzuli rayonlarını əhatə edən bu tədbirlərdə gəncliyin cəmiyyətdəki rolu və dövlətin onlara göstərdiyi xüsusi diqqət ön plana çəkilib.

Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi və Kosalar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi" adlı tədbir keçirilib. Tədbirdə müasir Azərbaycan gəncinin mənəvi inkişafı və vətənpərvərlik tərbiyəsi mövzularına toxunulub.

Eyni zamanda, Horadiz şəhər Muğam Mərkəzində Füzuli rayon Mədəniyyət evi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Füzuli Gənclər Evinin dəstəyi ilə "Gələcəyin qurucuları - Azərbaycan gəncləri" adlı tədbir təşkil edilib. Tədbirdə Azərbaycan gəncliyinə həsr olunmuş film nümayiş etdirilib və mədəniyyət evlərinin dərnək üzvlərinin əl işlərindən ibarət rəngarəng sərgi təqdim olunub.

Hər iki rayonda keçirilən tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu günün gəncləri həm döyüş meydanında, həm də mədəniyyət və elm sahəsində ölkəmizi layiqincə təmsil edən əsas qüvvədir.

Mina RƏŞİD

Oxşar xəbərlər