28.04.2026, 17:06
AZ EN
28.04.2026, 16:53 4

Ağdam Sənaye Parkının rezidenti əmtəə nişanını Avropa İttifaqında rəsmi qeydiyyatdan keçirib

XƏBƏRLƏR
  • Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC öz əmtəə nişanını Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (European Union Intellectual Property Office – EUIPO) vasitəsilə rəsmi olaraq qeydiyyatdan keçirib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, qeydiyyat Avropa İttifaqının bütün ərazisində qüvvədə olmaqla şirkətin brenddən istifadə üzrə müstəsna hüquqlarını təsdiqləyir. Bu, eyni zamanda BAFCO brendinin Avropa bazarında hüquqi qorunmasını təmin edir, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və şirkətin beynəlxalq tenderlərdə iştirakını asanlaşdırır.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC-nin fabriki 2024-cü ildə fəaliyyətə başlayıb. Müəssisə beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən xüsusi təyinatlı işçi ayaqqabıların istehsalı üzrə ixtisaslaşıb.

İZİA-nın idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti yaradılıb. Rezidentlər yüksək səviyyəli infrastruktur, geniş biznes imkanları və əlverişli şəraitlə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlər tətbiq edilir. (AZƏRTAC)

Oxşar xəbərlər