18.10.2024, 21:17
AZ EN
24.06.2023, 20:16 225

“Azərtexnolayn” Qarabağda tikinti işləri üçün 1000 ton civarında yerli istehsallı məhsullar tədarük edəcək

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş Laçın şəhərinin Zabux kəndinin yenidən qurulmasında Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərtexnolayn” MMC-nin istehsal etdiyi məhsullardan istifadə olunur.

“Azərtexnolayn” MMC bu ilin sonunadək Qarabağ iqtisadi zonasında və digər ətraf rayonlarda görülən tikinti-quruculuq, abadlıq işləri üçün təxminən 1000 ton civarında yerli istehsal olan məhsullar tədarük edəcək. Burada hazırlanan məhsullardan Azərbaycanın işğaldan azad edilən və tikinti işləri aparılan ərazilərində geniş istifadə olunur. Bu da MMC-nin tərkibində fəaliyyət göstərən texniki avadanlıqlar, polietilen məmulatlar və dəmir-boru zavodlarında istehsalın artmasına təsir göstərir.

“Azərtexnolayn” MMC-nin illik istehsal həcmi 12 min tonu ötüb. Müəssisənin məhsulları Avropanın 10-dan çox ölkəsinə, eləcə də Özbəkistan və Qazaxıstana da ixrac edilir. (AZƏRTAC)

Oxşar xəbərlər