Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxundu.
Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.