28.04.2026, 16:44
AZ EN
28.04.2026, 13:20 200

Fuad Nağıyev: "Şuşada qastronomiya tədbirləri artıq ənənə halını alıb"

QARABAĞ
  • Şuşa şəhərində qastronomiya tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən Kulinariya və Qastronomiya Festivalında deyib.

Onun sözlərinə görə, Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunması bu cür tədbirlərin əhəmiyyətini daha da artırır:

"Festivalda Azərbaycanla yanaşı, dost və qardaş ölkələrin milli mətbəx nümunələri təqdim olunur. Artıq Şuşada qastronomiya tədbirlərinin təşkili ənənəvi hal alıb. 2022-ci ildə Beynəlxalq Qastronomiya Festivalı, 2024-cü ildə isə İslam ölkələrinin iştirakı ilə Qastronomiya Günü keçirilib. Ölkə rəhbərliyi tərəfindən turizmin, xüsusilə qastroturizmin inkişafına xüsusi diqqət yetirilir və bu sahə Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biridir".

Agentlik sədri vurğulayıb ki, qastronomiya turizmi yalnız iqtisadi baxımdan deyil, həm də milli mətbəxin, maddi-mədəni irsin və tarixi ənənələrin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm rol oynayır:

"Bu cür tədbirlər ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə, ortaq mətbəx mədəniyyətinin formalaşmasına və turizm sənayesi nümayəndələri arasında təcrübə mübadiləsinə töhfə verir". (Report)

Oxşar xəbərlər