28.04.2026, 16:44
AZ EN
28.04.2026, 13:44 208

Zəngilanda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçiriləcək

XƏBƏRLƏR
  • Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2026-cı ilin avqustun 2-8-də Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçiriləcək.

Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Prezidentinin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi münasibətilə Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi genişmiqyaslı bərpa-quruculuq işləri ilə yenidən canlandırılan Zəngilanda təşkil olunacaq.

Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Düşərgədə 18-29 yaşlı, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri qarşılanacaq. Bundan əvvəl təşkil edilmiş düşərgələrə qatılan gənclərin təkrar iştirakı nəzərdə tutulmur.

Düşərgədə iştirak üçün mayın 31-dək www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilən onlayn anket forması tam doldurulub göndərilməlidir. Seçim prosesi müraciətlərin qəbulu və videomüsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatlar üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir. (AZƏRTAC)

Oxşar xəbərlər