22.11.2024, 08:46
AZ EN
15.08.2023, 15:50 196

İndiyədək Qarabağda 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib

QARABAĞ
  • “Ötən dövr ərzində Xocavəndin Edilli, Xocalının Fərrux, Füzulinin Seyidəhmədli, Şuşa Daşaltı kəndlərində, həmçinin Kəbəcər, Ağdam və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib”.

Bu sözləri açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə 300-ə yaxın məhkəmə tibbi kriminalistik və məhkəmə molekulyar genetik ekspertizası həyata keçirilib.

E.Tağıyev bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi prosesi davam edir. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR