22.11.2024, 13:47
AZ EN
01.02.2024, 08:03 245

Ağdam Rayon Heydər Əliyev Mərkəzində Gənclər Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib

QARABAĞ
  • Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, Ağdam rayonu üzrə Gənclər və İdman sektorunun nümayəndələri, qazilər və rayonun gənc fəalları iştirak ediblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsindən, Prezident İlham Əliyevin mətin iradəsi ilə  Azərbaycanın  44 günlük Vətən müharibəsindən, ölkəmizin qabaqcıl idman ölkələrindən birinə çevrilməsindən, qəhrəman gənclərimizin adlarının xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılmasından bəhs etmişlər. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər