04.05.2026, 16:19
AZ EN
04.05.2026, 14:35 123

Bakıdan İrəvana daha bir rəsmi səfər gözlənilir

XƏBƏRLƏR
  • Ermənistan Xarici İşlər Nazirliyinin 5-6 may tarixlərində keçiriləcək illik İrəvan Dialoqu Diplomatiya Forumunda Azərbaycan və Türkiyədən nümayəndələr də iştirak edəcəklər.

"Vətən səsi" xəbər verir ki, bu barədə "AzadlıqRadiosu"nin erməni xidməti məlumat yayıb. "Azatutyun”un məlumatında deyilir ki, həmin müzakirələrdə həmçinin vətəndaş cəmiyyətinin qarşılıqlı səfərləri çərçivəsində artıq İrəvanda olmuş Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov da iştirak edəcək. Həmçinin Türkiyə və Azərbaycandan olan digər ekspertlərində də forumda iştirak etmək üçün İrəvana səfər edəcəyi gözlənilir. Həmin şəxslərin dorumda iştirakı Ankara və Bakı tərəfindən təsdiqlənib.

İrəvan Forumunda Ankaranın Ermənistan-Türkiyə nizamlama prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç da iştirak edəcək. Kılıç erməni həmkarı Ruben Rubinyanla Cənubi Qafqazda sülh mövzusunda panel müzakirəsinə qatılacaq. Həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin birinci müavini Merve Kavakçı da Ermənistana səfər edəcək.

"AzadlıqRadiosu" sabah İrəvanda təşkil ediləcək birinci Ermənistan-Avropa Birliyi sammitində qəbul ediləcək birgə bəyanatın mətnini əldə edib. Birgə bəyanatda tərəflər münasibətlərin gücləndirilməsinə hazırlıq haqqında danışacaqlar, amma Ermənistanın Avropa Birliyinə (AB) üzvlüyünü müzakirə etməyəcəklər.

Sənəddə həmçinin AB-nin Ermənistanda reform və uzunmüddətli inkişaf proqramlarında dəstək ifadə edəcəyi bildirilib. Ermənistanın üzvlüyünə dair avropalı liderlərin hər hansı açıqlama verəcəyi gözlənməsə də AB ilə viza rejiminin liberallaşdırılmasında əhəmiyyətli inkişafı əldə edildiyinin elan ediləcəyi gözlənilir. AzadlıqRadiosunun erməni xidməti bunun Ermənistan hakimiyyəti üçün önəmli olduğunu məqam olduğunu qeyd edib.

Elxan SALAHOV

 

Oxşar xəbərlər