04.05.2026, 15:14
AZ EN
04.05.2026, 13:28 18

Ağalıda yetişdirilən meyvələr xarici bazarlara çıxarılacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Ölkəmizdə salınan ilk “Ağıllı kənd” nümunəsi olan azad Zəngilanın Ağalı kəndi həm də müasir kənd təsərrüfatının tətbiq olunduğu məkana çevrilir. Bu meyvə bağı kəndin iqtisadi həyatını canlandırır, həm də sakinlərin işlə təminatına töhfə verir.

Ağalı sakini İlqar Dünyamalıyev İTV-yə müsahibəsində deyir ki, 20 nəfərə yaxın Ağalı Məmməd bəy sakini bu bağda çalışır. Onların iş vaxtı  səhər saat 8-dən 5-ə qədərdir. İşçilər bağda suvarma, budama, alaq otlarının təmizlənməsi və başqa işlərlə məşğul olurlar.   

Ağalı sakini İlqar Dünyamalıyev Ağalıya köçən ilk sakinlərdəndir. O, doğma kəndində ev və meyvə bağında işlə təmin edilib.  

Bağda düzgün toxum seçimindən başlayaraq əkin, suvarma və aqrotexniki qulluq mərhələlərinə qədər bütün proseslər diqqətlə planlaşdırılır və idarə olunur. Bura Ağalı kəndində yerləşən intensiv bağçılıq mərkəzidir. Bu işdə əsas məqsəd hər hektardan bol məhsul əldə etməkdir. Təxminən 15-20 gün sonra bağda meyvə yığımı başlayacaq. Bağda yerli və xarici sortlardan olan ərik və şaftalı ağacları əkilib. Müasir aqrotexniki üsullarla becərilən bu ağaclara xüsusu qulluq göstərilir. Böyük sahəni əhatə edən meyvə bağında xəstəliklərin aradan qaldırılması üçün mütəmadi olaraq budama və dərmanlama işləri aparılır.

Aqronom Fuad İbrahimli bildirir ki, izim məqsədimiz bağa düzgün qulluqdur, gübrələrin vaxtlı-vaxtında, istər yarpaqdan, istərsə də kökdən təyin edilib ağaclara vurulmasıdır: “Bu il yağıntı çox olduğuna görə müxtəlif növ xəstəlikər meyvə dönəmində məhsuldarlığa ziyan vura bilər. Bunun qarşısını almaq üçün vaxtlı-vaxtında tədbirlər görülür”.

Qeyd edilir ki, bağın dağlıq ərazidə yerləşməsi qış aylarında çətinliklər yaratsa da sınanmış üsullardan istifadə edilərək bol məhsuldarlıq təmin edilir. Yetişdirilən məhsul yalnız yerli bazarla kifayətlənmir. Xarici bazarlara da çıxarılır ki, bu da Azərbaycanın ixrac potensialını artırmış olur.

Mina RƏŞİD     

Oxşar xəbərlər