31.01.2025, 20:53
AZ EN
31.01.2025, 16:14 252

Ballıca kəndində daha 22 ailəyə evlərinin açarları təqdim olunub

QARABAĞ
  • Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

22 ailə olmaqla, 94 keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Qeyd edək ki, Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Bu günə qədər Ballıca kəndinə dörd köç karvanı olub. Kənddə 90 ailə (467 nəfər) məskunlaşıb. (AZƏRTAC)

Oxşar xəbərlər