04.05.2026, 19:02
AZ EN
04.05.2026, 17:19 78

Sahil Babayev: "Dünya və regiondakı proseslər Orta Dəhlizin artan əhəmiyyətini təsdiqləyir"

XƏBƏRLƏR
  • Hazırda müşahidə olunan qlobal və regional proseslər Azərbaycanın əsas rol oynadığı Orta Dəhlizin artan əhəmiyyətini vurğulayır.

Bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxışı zamanı bildirib.

"Son qlobal və regional hadisələr Azərbaycanın əsas rol oynadığı Orta Dəhliz təşəbbüsünün artan əhəmiyyətini vurğulayıb", - o deyib.

Onun sözlərinə görə, etibarlı və səmərəli ticarət marşrutu kimi dəhlizin strateji dəyəri getdikcə daha aydın görünür: "Bu dəhliz ticarət axınlarını şaxələndirmək və qlobal pozuntuları (tədarük zəncirindəki - red.) yumşaltmaq imkanı verir". (Report)

Oxşar xəbərlər