A. Bayraktar bu barədə "X" sosial media hesabındakı paylaşımında bildirib.
Nazir qeyd edib ki, söhbət zamanı bölgədə davamlı sülh və sabitliyə töhfə verəcək addımlar müzakirə olunub:
"İnfrastruktur və enerji məsələləri ətrafında da fikir mübadiləsi apardıq. Bu çərçivədə başda elektrik, nüvə enerjisi və təbii qaz olmaqla, birgə fəaliyyət sahələrini müzakirə etdik", - A. Bayraktar bildirib. (Report)