16.09.2024, 23:10
AZ EN
19.04.2022, 18:15 406

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib

XƏBƏRLƏR
  • Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Şəhidlər xiyabanını da ziyarət ediblər.

Oxşar xəbərlər