19.01.2026, 00:28
AZ EN
26.12.2025, 09:50 214

Zəngəzur dəhlizi: Paşinyan Putini seçim qarşısında qoydu

XƏBƏRLƏR
  • Rəsmi İrəvan Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki dəmir yolu hissələrinin mümkün qədər tez bərpa edilməsinə çalışır. Bunun üçün ali rəhbərlik səviyyəsində Ermənistanın dəmir yolları infrastrukturunu uzuzmüddətli idarəetməyə götürmüş Rusiya tərəfinə də müraciət olunub.

"Vətən səsi" xəbəır verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən hökumət brifinqində bildirib. O, Rusiya prezidenti Vladimir Putinlə bir neçə gün əvvəlki görüşünün nəticələrini şərh edərkən deyib ki, hazlrkı mərhələdə Tavuş ərazisində, ən azı İcevan stansiyasına qədər təmir işlərinin aparılması vacibdir: "Eləcə də Axurik ərazisindəki hissə - Türkiyə sərhədindən mövcud dəmir yolu xəttinə qədər, Ermənistan-Azərbaycan sərhədindən Yerasxa (Arazdəyən) qədər olan hissə bərpa olunmalıdır. Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız bu işi mümkün qədər tez başa çatdıracaqlar".

Paşinyan onu da əlavə edib ki, adını çəkdiyi ərazilərdən keçən dəmir yolu xətləri bütünlüklə Rusiyanın konsessiya idarəçiliyi altındadır. Onun sözlərinə görə, həmin infrastrukturlar Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları"nın mülkiyyəti hesab edildiyindən keçmiş SSRİ-nin süqutu və Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar istifadəsiz qalan nəqliyyat-kommunikasiya xətlərinin bərpasını da Rusiya şirkəti həyata keçirməlidir: Amma hətta Rusiya tərəfi həmin ərazilərdən keçən dəmir yollarını yenidən qurmaqdan imtina edərsə, bu işi Ermənistan özü yerinə yerinə yetirəcək: "Rusiya tərəfi hər hansı bir problemlə qarşılaşarsa, Ermənistan hökuməti bu hissələri konsessiyadan çıxarmağa və dövlət büdcəsi hesabına təmir işləri aparmağa hazırdır".

Əslində Paşinyan bu bəyanatı ilə Zəngəzur dəhlizi layihəsində iştirak imkanı qazanmaq üçün fürsət axtaran Rusiyanı seçim qarşısında qoyub. O, açıq şəkildə Kremlə təklif edib ki, Rusiya bu layihədə iştirak imkanı qaznmaq istəyirsə, Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarını bərpa etsin.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyan həmin açıqlamasını dolayısı ilə Rusiya lideri Vladimir Putinə ünvanlayıb: "Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmir yollarını Rusiya Dəmiryol İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmir yollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmir yollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmir yollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmir yollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər