19.04.2026, 15:34
AZ EN
18.04.2026, 20:49 104

Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər

XƏBƏRLƏR
  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Tərəflər Ermənistan–Azərbaycan normallaşma prosesinə xüsusi diqqət yetirməklə, regionda dialoqun və əməkdaşlığın irəliləməsinə dair fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Qeyd olunub ki, müzakirələr zamanı davamlı diplomatik təmasların əhəmiyyəti, sülh danışıqlarında əldə edilmiş irəliləyiş, hərtərəfli və davamlı sülh sazişinə doğru dinamikanın qorunub saxlanılmasının zəruriliyi vurğulanıb.

Həmçinin Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqtisadi tərəfdaşlıq sahələrindəki imkanları nəzərdən keçirib, davamlı təmasların əhəmiyyəti vurğulanıb. (Report)

Oxşar xəbərlər