09.06.2025, 02:51
AZ EN
30.07.2023, 21:05 356

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir

XƏBƏRLƏR
  • Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.

Qeyd edək ki, iyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. (Trend)

Oxşar xəbərlər