TƏBİB-dən verilən məlumata görə, tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.
Bununla yanaşı, “YAŞAT” Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur. (AZƏRTAC)