07.03.2026, 05:39
AZ EN
06.03.2026, 19:58 127

Hakan Fidan Ankaranın Türkiyə və Azərbaycana hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib

XƏBƏRLƏR
  • Türkiyənin xarici işlər naziri Hakan Fidan qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı zamanı Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.

Nazirlər Yaxın Şərqdəki mövcud vəziyyəti və gərginliyin azaldılmasının mümkün yollarını müzakirə ediblər.

"Türkiyə və Azərbaycan ərazilərinə hərbi hücumlarla (İranın - red.) bağlı ciddi narahatlıq ifadə edilib", - məlumatda vurğulanıb.

XİN rəhbərləri həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.

"Danışığın yekunlarına əsasən, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlikləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub", - Qazaxıstan XİN qeyd edib. (Report)

Oxşar xəbərlər