07.03.2026, 14:55
AZ EN
06.03.2026, 20:45 108

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

XƏBƏRLƏR
  • Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin İrandan pakistanlı vətəndaşların təxliyəsində davam edən köməyə görə Azərbaycana təşəkkür edib.

O, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Məlumata görə, səfir Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla danışıq aparıb.

"Mən Naxçıvana pilotsuz uçuş aparatlarının zərbələrini qətiyyətlə pisləyən Pakistanın mövqeyini təsdiqlədim. Pakistan Azərbaycanla və zərərçəkmiş vətəndaşlarla həmrəydir. Mən həmçinin Pakistan vətəndaşlarının İrandan təxliyəsində davam edən köməyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür etdim", - paylaşımda bildirilib. (Report)

Oxşar xəbərlər