03.05.2026, 18:46
AZ EN
03.05.2026, 16:03 111

Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında gənc rəssamların layihəsini təqdim edir

XƏBƏRLƏR
  • Qarabağ Dirçəliş Fondu (QDF) İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşı qismində çıxış edir. Fond Qoşa Qala meydanında qurulan interaktiv guşə ilə təmsil olunur. Buradakı informativ materiallar və monitorlar vasitəsilə fondun fəaliyyəti, gələcək layihələr barədə ətraflı məlumat əldə etmək mümkündür.

Bunu açıqlamasında Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova deyib.

“Azərbaycan Rəssamlıq Akademiyası ilə birgə gənc rəssamların iştirakilə müxtəlif layihələr həyata keçiririk. Bu gün də “Qarabağın izi ilə” adlı rəsm layihəmiz davam edir. Layihə çərçivəsində 10 gənc rəssam xalça motivləri əsasında əsərlər yaradır. Burada, həmçinin Qarabağ Dirçəliş Fondunun sifarişi ilə britaniyalı yazıçı Qrem Vilson tərəfindən hazırlanan “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabı da təqdim olunur. Hazırda təqdim etdiyimiz kitab ingilis dilindədir. Yaxın zamanda onun Azərbaycan dilində nəşrini də təqdim edəcəyik”, - deyə P.Bağırova diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər