Bunu "Baku TV"yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
"Mən dərhal Tehranla əlaqə saxlayıb, ilkin məlumatı aldım və XİN-ə müraciət etdim" , - o bildirib.
Müctəba Dəmirçilunun sözlərinə görə, dron hücumu İran tərəfdən rəsmən qəbul edilməyib:
"Burada çox şübhəli məqamlar var. Bilirsiniz ki, dünən axşam bizim XİN rəhbərləri (Ceyhun Bayramov və Abbas Əraqçi – red.) bu mövzuda telefon danışığı aparıblar və şübhəli məqamlara aydınlıq gətirilməsi razılaşdırılıb". (Report)