18.01.2026, 18:32
AZ EN
19.12.2025, 19:15 118

İcraçı direktor: "The oligarch's design" sənədli filmində Ermənistandan üç müsahib danışdırmışıq

XƏBƏRLƏR
  • "The oligarch's design" sənədli filmində Ermənistandan üç müsahib danışdırılıb.

Bunu "AnewZ" TV-nin icraçı direktoru Rüfət Həmzəyev telekanalın "The oligarch's design" sənədli filminin nümayişindən öncə deyib.

O, çəkiliş prosesinin 11 ay davam etdiyini və film üzərində 100-ə yaxın əməkdaşın çalışdığıını qeyd edib:

"Çəkilişlər 8 ölkədə aparılıb, onların içərisində Ermənistan da var. Sənədli filmdə Ermənistandan üç müsahib danışdırmışıq".

R.Həmzəyevin sözlərinə görə, bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün parametrlərini özündə əks etdirir:

"Burada humanist fəaliyyət adı altında siyasi təsir gücünün nümayişi kimi məqamlara toxunulub - təbii ki, söhbət Ruben Vardanyanın fəaliyyətindən gedir. Yəni onun yaratmaq istədiyi obraz və əməllərinin ortaya çıxardığı başqa obrazı var". (Report)

Oxşar xəbərlər