"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, qeyd edib ki, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıb: "Biz, yəni həm Ermənistan, həm də Azərbaycan istənilən məsələyə bu baxımdan yanaşmalıyıq".
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Baş nazirin dediklərini təsdiqləyib. O, "Delfi İqtisadi Forumu"nda çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasındakı sülh qarşılıqlı etimada əsaslanır.
Armen Qriqoryan çıxışında regional təhlükəsizlik məsələlərindən danışarkən Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün vacibliyini xüsusi vurğulayıb. O, sülhün institusionallaşdırılması istiqamətində görülən işləri də qeyd edib: "Əminəm ki, bərqərar olmuş sülh tərəflər arasındakı qarşılıqlı etimada əsaslanır".
Təhlükəsizlik Şurasının katibi həmçinin regionda kommunikasiyaların açılmasının əhəmiyyətindən danışarkən artıq əldə olunmuş razılaşmaların icra prosesinə və gələcək iqtisadi imkanlarna diqqət çəkib.
Elxan SALAHOV