23.04.2026, 22:11
AZ EN
23.04.2026, 17:03 86

Tuğ kəndində 30 fərdi ev yenidən qurulur

QARABAĞ
  • Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Xocavənd rayonunun Tuğ kəndində müasir və rahat yaşayış şəraitinin yaradılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə kəndin infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Kəndə gedən avtomobil yolları əsaslı şəkildə təmir olunaraq yeni yollar çəkilir, nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün müasir standartlara uyğun şərait yaradılır. Elektrik xətləri yenilənir, içməli su və kanalizasiya sistemləri qurulur, rabitə və internet şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər görülür.

Bu barədə “Vətən səsi”nə “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib. O, qeyd edib ki, bu layihələr kənd sakinlərinin rahat yaşayışını təmin etməklə yanaşı, Tuğun gələcək inkişafı üçün möhkəm təməl yaradır: “Tuğ qəsəbəsində görülən işlərin birinci mərhələsində daxili yolların ümumi uzunluğu  3,4 kilometrdir. Kənddə 35 kV-luq və 0,4 kV-luq elektrik xətti çəkilib ki, bunun da birinin uzunluğu 17.5, digərinin 3,3 kilometrdir. Bundan başqa kənddə 8 kilometr rabitə,  4722 metr su, 5870 metr qaz, 5763 metr kanalizasiya xətləri çəkilib. Burada birinci mərhələ üzrə  bərpa edilən fərdi yaşayış evlərinin sayı 30-dur”.

Təranə Quliyeva onu da bildirib ki, Tuğ kəndində sosial obyektlərində bərpası ilə bağlı layihələr də icra olunur. Onun sözlərinə görə, ilkin mərhələdə bərpa olunan  məktəb binası 3085,03 kvadratmetr əraziyə malikdir. Bərpa olunan bağçanın ərazisi isə 521,37 kvadratmetrdir: “Kənd üzrə 27,04 hektar ərazi layihələndirilib, hazırda fərdi yaşayış evləri, məktəb və bağça binalarının bərpası işləri üzrə layihələr ekspertizada təsdiqlənib və tikinti işləri davam edir”.

Röya SALMANQIZI

Oxşar xəbərlər