10.04.2026, 13:13
AZ EN
08.04.2026, 14:31 253

Qarabağda bərpa və quruculuq işləri genişlənir

QARABAĞ
  • “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, geniş miqyaslı bərpa və yenidənqurma prossesi uğurla davam etdirilir. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması və sakinlərin doğma yurda qayıdışı mərhələli şəkildə həyata keçirilir. Həmçinin Ağdam, Füzuli, Xocavənd şəhərlərində bərpa-quruculuq, yenidənqurma işləri sürətlə aparılır.

Hazırda Füzuli şəhərində ilk yaşayış massivində 38 binadan ibarət çox mənzilli kompleksdə 824 ailə yaşayır. İkinci yaşayış massivinə 2026-cı ilin sonuna qədər köç planlaşdırılır. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva “Real” TV-yə açıqlamasında bildirib ki,  Füzulinin Dövlətyarlı kəndinin də tikintisi sürətlə davam edir. Onun sözlərinə görə, Dövlətyarlıda ilkin mərhələdə 450 ev inşa olunur: “Layihə 323 hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur. Evlər  2,3,4 və otaqlı olacaq. Pirəhmədli kəndində isə tikinti işlərinə yeni başlanılıb və 2026-cı ilin sonuna qədər inşaat işləriinin başa şatdırılması nəzərdə tutulur”.

Təranə Quliyeva əlavə edib ki, bütün layihələr “Böyük Qayıdış” Proqramında qoyulan hədəflərə tam uyğun olaraq icra olunur: “Tezliklə Füzuli şəhərində daha çox əhalini görəcəyik. Ağdamda tikinti-bərpa və quruculuq işləri davam edir. Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində tikinti işləri birinci mərhələ üçün bitib və köç baş tutub. Ağdamda ikinci yaşayış massivində tikinti prossesi yekunlaşıb və 2025-ci ilin dekabr ayında ilk köç baş tutub.  Həmçinin ilin sonuna qədər Ağdam şəhərində 4 və 5 ci yaşayış komplekslərində, eyni zamanda Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində tikinti işlərinin yekunlaşması planlaşdırılır".

Bundan başqa, Xocavənd rayonunun da bəzi yaşayış məntəqələrinə kəndə köç başlayıb və hazırda bu prosses davam edir. Təranə Quliyeva deyib ki, ilin sonuna qədər Xocavənddə 20 kəndin bərpası prossesinin yekunlaşması və köç planlaşdırılır: “İlkin mərhələdə Xocavənd şəhərinə bir sıra  köç baş tutub və ilin sonuna qədər 4967 ailənin məskunlaşması hədəflənib”.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur abadlıq meydanına, cənnət məkana çevrilir. Bütün bunlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən yüksək səviyyəli hazırlığın nəticisədir. Artıq əzəli yurdlarımızda yeni və  xoşbəxt  yaşam başlayıb, dədə-baba torpaqlarımıza doğma nəfəs, hənirti qayıdıb.

Röya SALMANQIZI

Oxşar xəbərlər