Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüş saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-qarabag@scara.gov.az) müraciət edə bilərlər.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək. (AZƏRTAC)