08.09.2024, 07:02
AZ EN
19.12.2023, 13:18 250

ADRA sədri: Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır

XƏBƏRLƏR
  • Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir. Bütün dünya azərbaycanlıları və türkdilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qeyd edir.

Bunu Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

"Hazırda Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmiz və bütövlükdə region yeni strateji inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.

Sevincimizi qardaş Türkiyə xalqı da bizimlə birgə paylaşır. Zəfər paradında qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı da Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani sübutu idi", - deyə A İbadov fikirlərinə yekun vurub. (AZƏRTAC)

Oxşar xəbərlər