AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov Azərbaycan bayrağını “Heydər Əliyev zirvəsi”ndə dalğalandırıblar. Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq ümummili liderin adını daşıyan zirvəyə qalxan əməkdaşlarımız Ulu öndərin barelyefi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. (Trend)