Bunu Laçında jurnalistlərə açıqlamasında amerikalı səyyah Filipp İzedian (Philippe Izedian) deyib.
O qeyd edib ki, şəhərdə bərpa işləri sürətlə davam edir.
Səyyah işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı mövzuya da toxunub: “Minatəmizləmə prosesi təhlükəsiz deyil, bəzən də kiminsə minaya düşməsi ilə bağlı xəbər eşidirik. Dinc sakinlərin ölümü faciədir. Azərbaycan hökuməti minatəmizləmə prosesi üzərində işləyir”.
F.İzedian onu da qeyd edib ki, yenidən Azərbaycana gəlməkdən şad olacaq və dostlarına mütləq bu yerlərə baş çəkməyi tövsiyə edəcək: “Bu, mənim Azərbaycana ikinci, işğaldan azad edilmiş ərazilərə isə ilk səfərimdir. Dostlarıma bura gəlməyi mütləq tövsiyə edəcəm, bura çox gözəldir”. (Report)