21.09.2024, 08:33
AZ EN
25.06.2022, 08:45 325

İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsi nəinki Azərbaycanın, eləcə də, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Düşmənin cəbhədəki təxribatlarının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayaraq, uzun illər gözlədiyimiz şanlı qələbəni xalqımıza yaşatdı.

Bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Zəfər salnaməsi yazan ordum” adlı elmi-praktik konfransda səsləndirilib. Müharibə əlilləri, veteranlar, mətbuat nümayəndələri, ağsaqqallar, mədəniyyət və təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə bu istiqamətdə qazanılan uğurlardan, 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs ediblər.

Tədbir konsert proqramı ilə davam etdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər