Bu mərhələdə Badara kəndinə köçürülən 59 nəfərdən ibarət 16 ailəyə, Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailəyə, Təzəbinə kəndinə 15 nəfərdən ibarət 3 ailəyə, Xanyurdu kəndinə isə 25 nəfərdən ibarət 4 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.