Bunu bu gün Xocalı rayonu Təzəbinə kəndinə köçürülən sakin Sadiq Nurməmmədov deyib.
S.Nurməmmədov qeyd edib ki, çox qürurlu və sevincli bir hisslər yaşayır:
“Bu gün bu sevincli anları bizə yaşadan, başda Ali Baş Komandan olmaqla hər bir kəsə dərin təşəkkürümüzü ifadə edir, bu yolda canından keçən şəhidlərimizi hörmətlə anırıq. Mən bir Xocalı sakini kimi, şəhid analarının əllərindən öpürəm. Şəhidlərimizin ruhundan halallıq istəyirəm. Çünki, onların qanı bahasına biz bu torpaqlarda yaşayırıq. Bu günlərimizi və gələcəyimizi onlara borcluyuq". (Report)