Bu barədə Dövlət Məşğulluq Agentliyindən xəbər verilir.
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlər, işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirlər qeyd edilib. Bu tədbirlərdə xüsusilə həmin ərazilərdə fəaliyyət göstərən şirkətlərin payının yüksək olduğu, məşğulluğun təminatı üçün işəgötürənlərlə fəal əməkdaşlığın önəmi, vakansiya bankından aktiv istifadənin əhəmiyyəti vurğulanıb.
Daha sonra işəgötürənlər üçün güzəşt və imtiyazlar, Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanları, birgə peşə hazırlığının təşkili, əmək yarmarkalarında şirkətlərin aktiv iştirakı kimi məsələlər müzakirə edilib, işəgötürənlərin sualları cavablandırılıb.